Ukrayna Rusiyanı çılğına çevirəcək açıqlama yaydı: "Türkiyədən təhvil aldıq! Test edəcəyik"

16-07-2021, 08:28           
Ukrayna Rusiyanı çılğına çevirəcək açıqlama yaydı: "Türkiyədən təhvil aldıq! Test edəcəyik"
Ukrayna Hərbi Dəniz Donanması Türkiyədən ilk "Bayraktar TB2" pilotsuz uçuş aparatları aldıqlarını və Qara dəniz sahillərində test edəcəklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, məlumat nazirliyin Facebook səhifəsində yayımlanıbş

"İlk "Bayraktar TB2" pilotsuz uşuş aparatları kompleksi Hərbi Dəniz Qüvvələri üçün Ukraynaya göndərildi. Dislokasiya nöqtəsində son testlərini edirik."

Açıqlamada Qara dəniz və Azov dəniz sahillərinin və səmalarının səmərəli şəkildə müşahidə ediləcəyi və düşmən hədəflərini yüksək dəqiqliklə vurmaq imkanlarına sahib olduqları bildirilib.

Ukrayna Xarici İşlər Naziri Dmitriy Kuleba əvvəllər Türkiyənin Rusiyanı ram etmək və ərazisini qorumaq üçün Türkiyədən pilotsuz təyyarələr aldığını söyləmişdi. Rusiya Dövlət Dumasının deputatı Ruslan Balbek bu açıqlama ilə Kiyevin uşaqları qorxutmağa çalışdığı kimi bir münasibət sərgilədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru