Sülhməramlılar xiyar-pomidor YIĞIMINDA – Onları stimullaşdıran erməni QADINLARI

16-07-2021, 12:52           
Sülhməramlılar xiyar-pomidor YIĞIMINDA –
Ağdərədəki işlərdən sonra məhsul yığımı tamamlanacaq. Ermənilər isə rus sülhməramlılardan yardım istəməyə davam edirlər.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, rus sülhməramlılar ermənilərə meyvə-tərəvəz, taxıl toplanmasında kömək edirlər.

Daha dəqiq desək, sülhməramlılar arpa-buğda yığımı zamanı da ermənilərlə çiyin-çiyinə dayanırlar.

Hazırda ermənilərin Ağdərə rayonu üzrə kənd təsərrüfatı fəaliyyətinin təhlükəsizliyi təmin olunur:

“Hazırda Ağdərənin Sırxavənd kəndində ermənilərin kənd təsərrüfatı ilə bağlı işlərinin təhlükəsiz şəraitdə aparılması üçün sülhməramlılar vəziyyətə nəzarət edir”, - deyə sülhməramlı kontingentin nümayəndəsi Aleksey Kolesnikov da gülünc açıqlama verib.

Bununla belə, ermənilər gileylənirlər ki, bu region üçün buğda yığımına gec başlanılıb. Çünki 1-2 ay sonra taxılı don vura bilərdi və zəmi bərpa olunmayacaqdı.

Ermənilər bütün yığılan məhsula görə, rus sülhməramlılarına minnətdarlıq edirlər. Onların əsas qorxusu yaxınlıqda yerləşən Azərbaycan postudur.

Sülhməramlı kontingentin stimullaşdırılması üçün yerli erməni qadınlar xüsusi canfəşanlıq nümayiş etdirilər. Onlar tarlada işləyən ərlərini buraxıb rus əsgərlərini yedizdirib içizdirilər...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru