Tam və qəti qələbə ilə yarımçıq qalmış işin fərqi

17-07-2021, 08:08           
Tam və qəti qələbə ilə yarımçıq qalmış işin fərqi
10 noyabr Bəyanatından sonra -kecən 8 ay müddətində hər gün erməni təxribatı ilə üzləşdik. O gündən həm ordumuz , həm dinc vətəndaşlarımız arasında xəsarət alan və həlak olanların sayı durmadan artır. Bəli, əslində müharibə bitmədi! Sadəcə atəşkəs oldu! Vəssalam!
3 minə qədər Azərbaycan gəncinin müqəddəs qanı -canı hesabına işğaldan azad etdiyimiz ərazilərimiz var...Bu faktdır!
Amma qanunlarımızın işləmədiyi, bayraqlarımızın asılmadığı , vətəndaşlarımızın gedə bilmədiyi (hətta rəsmi şəxslərin belə ayaq qoymaq izni olmayan)ərazilərimiz var ki, Bəyanatdan sonra orda olub-bitəndən nə dövlət, nə media, nə də vətəndaş olaraq xəbərimiz yoxdu. Təbii ki, qondarma Artsaxın, Ermənistanın və Rusiya mediasının bir balaca sızdırdığı xəbər istisna olmaqla...
Bəli biz "Reyxstaq"a- Xankəndiyə bayraq sanca bilmədik.
Çünki azacıq tarix oxuyanlar bilir ki, müharibənin bitməsini məğlub və qalib tərəf bir sıra şərtlərə qol çəkəndən sonra elan edirlər!
Məsələn, 1-ci qalib tərəfin diktəsi ilə məğlub tərəf rəsmi şəkildə uduzduğunu elan edir, akta qol çəkir, rəsmən üzür istəyir.
2-ci məğlubun cəzalandırlması: bura maddi və mənəvi təzminatın ödənilməsi, müharibəni qızışdıran səlahiyyətli şəxslərin, habelə dinc insanların kütləvi məhvini təşkil edən böyük ranqlı hərbçilərin məhkəməsinin başlanması, məğlub ordunun əsgərlərinin QƏLƏBƏ paradında silahlarını nümayişkaranə şəkildə qalib tərəfin ayaqları altına atması, məğlub tərəfin qalib ölkəyə gələcəkdə qarşı torpaq iddiasında olmaması ilə bağlı müqavilələr bağlanması, dövlətin qanunlarını qəbul etməyənlərin ölkədən çıxarılması və sair proseslər həyata kecirilməliydi.
3-cünü nəzərinizə çatdırım:, 48 yaxud 72 saat ərzində məglub ordunun hec bir əsgəri Azərbaycan ərazisində qalmamalıydı. Yəni Ermənistan dövləti öz ordusuna çağrış edib geri çağırmalıydı. O, müddətdən sonra ərazidə qalan və AzRes DTX-in əməkdaşları tərəfindən ələ kecirilən terrorçular ya həbs edilməli, yaxud da qanunun tələbini yerinə yetirmədikdə, itaət göstərmədikdə isə yerindəcə güllələnməliydilər.
Kənddə yaşayanlar bilər, o vaxt zəif arx suyunun qabağına palcıqdan bənd vurardılar. Gələn su ora dolardı. Kəndlilər də o suyu həyət-bacasını sulayardı. Vay o gündən ki. o zəif dediyiniz arx suyu bəndi doldura, aşıra, daşa. O bəndin qarşısını almaq mümkün olmaz ! Sel də kəndi basa! İndi həmin vəziyyətdi...
Şəxsən mən 11 noyabrdan sonra anlayırdım ki, müharibə yenidən başlayacaq!O səbəbdən də təəccüblənmədim!
Son olaraq: Müharibə də . saziş də. müqavilə də 2 tərəf arasında baş verir 3-cü tərəf artıqdı!
Əntiqə Rəşid
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.