"Dostlar, siz necə otursanız da..." - ekspert
21-07-2021, 08:43

“Ermənistan KİV-lərinin verdiyi məlumata görə, müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Onun yerinə Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini Arşak Karapetyan təyin olunub”.
Moderator.az xəbər verir ki, bu barədə hərbi ekspert, Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu gün facebook səhifəsində paylaşım edib. O daha sonra bu sözləri yazıb: “Arşak Karapetyanın təyinatının nə qədər uğurlu seçim olduğunu deyə bilmərəm, amma çox güman yaxın gələcəkdə Ermənistanın hərbi idarəçiliyinin başına keçəcək. Paşinyana yaxın olan sadiq generallardan ibarət “kartlar” bir-birinin ardınca oyuna atılır”.
İqor Korotçenko Ermənistan ordusunu ağrılı islahatlar gözlədiyini bildirib: “Bu arada Ermənistan ordusunu bir çox ağrılı islahatlar gözləyir. Çünki regionda baş vermiş geosiyasi reallıqlar Ermənistan silahlı qüvvələrinin tərkibində və strukturunda köklü dəyişikliklər tələb edir.
Ermənilərin səhvi o oldu ki, İrəvanın İkinci Qarabağ müharibəsindəki hərbi məğlubiyyət və kapitulyasiyasından sonra Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyanı nə Ermənistanın baş naziri, nə də Mülki Müdafiə naziri kimi görmək istəmədilər. İndi isə Vaqarşak Arşak oldu.
Əsas erməni generallarından ibarət fiqurların bu cür yerdəyişməsi Krılovun bir təmsilindəki sətirləri yadıma salır:
Dostlar, siz necə otursanız da,
Heç biriniz musiqiçi kimi yararlı deyilsiz”.