Hərbi analitik: “Qarabağda müharibə aktivləşir və Rusiya...”

4-03-2016, 09:10           
Hərbi analitik: “Qarabağda müharibə aktivləşir və Rusiya...”
“Rusiya-Türkiyə böhranının kəskinləşməsi Dağlıq Qarabağda müharibəni aktivləşdirir”

Politika.Az xəbər verir ki, bu barədə rusiyalı hərbi analitik David Arutyunov Rusiyanın Ermənistana 200 milyonluq silah verməsi haqda danışarkən deyib.


Onun sözlərinə görə, son dövrlər işğal edilmiş ərazilərin azad olunması haqda Türkiyə Azərbaycanla həmrəyliyini daha açıq şəkildə dilə gətirir: “Məhz buna görə Rusiya Ermənistana silahları verməklə Bakıya “ehtiyatlı ol” mesajını göndərmək niyyətindədir”.


Ekspert vurğulayır ki, Ermənistana verilən silahlar arasında regionda hərbi güc balansını ciddi şəkildə dəyişdirə biləcək texnikalar mövcuddur: “Və 200 milyona bu qədər silahın necə verildiyi də insanı heyrətləndirir. Görünür, burada ictimaiyyətə açıqlanmayan məqamlar da var”.


Hərbi analitik qeyd edib ki, Rusiya Ermənistanla hava hücumuna qarşı müdafiə sistemini qurması da regionda mənzərəni dəyişəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.