Qazaxın işğaldakı kəndləri ilə bağlı yeni xəbər - Bayrağımızın asılması üçün dirək quraşdırıldı - FOTO

6-09-2021, 12:27           
Qazaxın işğaldakı kəndləri ilə bağlı yeni xəbər -
Ermənistanın işğalı altında olan Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması ilə bağlı prosesin davam etdiyi barədə yeni xəbərlər yayılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, ehtiyatda olan polkovnik-leytenant Razmik Qriqoryan “Facebook” hesabında Qazaxın Əskipara (Voskepar) kəndində bayraq dirəyinin şəkilini paylaşıb.

Qriqoryanın iddiasına görə, həmin dirəyə yaxın günlərdə Azərbaycan bayrağı asılacaq.

Sitat: “Dostum mənə bir müddət əvvəl Əskipara kəndindən keçən yolda çəkdiyi şəkili göndərdi. O, yerli sakinlərdən bayraq dirəyinin hansı məqsədlə quraşdırıldığını soruşub. Sakinlər deyib ki, dirək bir neçə gün əvvəl quraşdırılıb. Hadisələr artıq Tavuş istiqamətində inkişaf etməyə başlayıb, dirəyə Azərbaycan bayrağı asılacaq”, - sitatın sonu.

Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən Qazaxın işğal altında olan 7, Naxçıvanın isə 1 kəndi Azərbaycana təhvil verilməlidir. Amma Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə prosesi uzadır, üçtərəfli bəyanatın şərtlərinə əməl etmir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.