"Taliban" Əfqanıstanın yeni hökumətinin tərkibini açıqlamağa hazır olduqlarını bildirib

7-09-2021, 08:16           
"Taliban" Əfqanıstanın yeni hökumətinin tərkibini açıqlamağa hazır olduqlarını bildirib
Əfqanıstanın yeni hökumətinin tərkibinin açıqlanması üçün hazırlıqlar tamamlanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban”ın nümayəndəsi Əhmədullah Muttaki “Twitter”də elan edib.
Bundan bir müddət əvvəl hərəkatın digər nümayəndəsi Zabiullah Mücahid ölkədə icra orqanları ilə bağlı qərar vermə prosesinin tamamlandığını, ancaq bəzi texniki problemlərin olduğunu bildirmişdi.

“İslam hökumətinin elan edilməsinə hazırlıqlar tamamlanıb”, - deyə Muttaki yazıb.

Onun sözlərinə görə, hökumət tezliklə elan ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru