Almaniyaya səyahət edənlər üçün “Sinovac” qərarı

8-09-2021, 08:16           
Almaniyaya səyahət edənlər üçün “Sinovac” qərarı
Berlin Məhkəməsi İran vətəndaşı və ailəsinin “Sinovac” vaksini ilə bağlı iddia ərizəsinə dair hökmünü açıqlayıb.

Ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı “Sinovac” peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb.

Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan sonra da Almaniya ərazisinə buraxılmayacaq.

Qeyd edək ki, ölkə hökuməti yalnız “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson” vaksinlərini rəsmən tanıyır.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru