KTMT iclasında gözlənilməz təklif – Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq

11-01-2022, 08:13           
KTMT iclasında gözlənilməz təklif –
Ötən ilin avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.

Teref.az sputnik.az-a istinadən xəbər verir ki, belə bir təkliflə Tacikistanın Prezidenti Emoməli Rəhmon Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbədənkənar sessiyası zamanı bildirib.

“Tacikistan – Əfqanıstan sərhədində vəziyyət hər gün daha da gərginləşir, sərhəd boyunca taliblərin özləri arasında döyüşlər gedir. Təkcə ötən həftə, sərhədin bir hissəsində 11 talib öldürülüb, 18-i yaralanıb. Biz Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaratmalıyıq”, – deyə Rəhmon bildirib.
Qeyd edək ki, ötən ilin avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.

Sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru