Erməni ekspert: “2022-ci ilin əsas çağırışı təhlükəsizlik məsələsidir”

11-01-2022, 12:46           
Erməni ekspert: “2022-ci ilin əsas çağırışı təhlükəsizlik məsələsidir”
“2022-ci ilin ilk üç çağırışı bunlardır: birincisi təhlükəsizlik məsələsidir, ikincisi təhlükəsizlik məsələsidir və üçüncüsü təhlükəsizlik məsələsidir”. Ordu.az xəbər verir ki, Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin sədri, erməni ekspert Tevan Poğosyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti milli birliyi təmin etmək üçün heç bir addım atmır, ona görə də bu cür siyasətlə hər hansı böhrandan çıxmaq mümkün deyil.

“Ermənistan naminə, gələcək nəsillərin imkanları naminə şüurlu şəkildə arzuladığım yeganə dəyişiklik yeni parçalanmalara yol vermədən könüllü olaraq hakimiyyətdən istefa verməkdir”, - deyə Poğosyan vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.