Tokayev Nazarbayevi günahlandırdı

11-01-2022, 13:09           
Tokayev Nazarbayevi günahlandırdı
“Nursultan Nazarbayevin sayəsində ölkədə çox gəlirli şirkətlər qrupu və hətta beynəlxalq standartlara görə də zəngin insanlar təbəqəsi yaranıb. Hesab edirəm ki, Qazaxıstan xalqına ehtiram göstərməyin və onlara sistemli və müntəzəm olaraq kömək etməyin vaxtı çatıb”.
Teref.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev parlamentdə çıxış edərkən deyib. O, həmçinin ölkədəki sosial-iqtisadi sistemin effektli olmadığını və əsas gəlirlərin Nazarbayevin sayəsində yaranan oliqarx qruplar tərəfindən mənimsənildiyini bildirib.
Bundan əlavə, Tokayev parlamentə həmin şirkətlərin siyahısını tərtib etməyi və ölkənin milli fonduna illik ayırmaların məbləğini onlarla razılaşdırmağı tapşırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru