“Əvvəlcə Ermənistan ordusunun zabit və əsgərlərini Bakı həbsxanalarından azad edin..."

11-01-2022, 20:19           
“Əvvəlcə Ermənistan ordusunun zabit və əsgərlərini Bakı həbsxanalarından azad edin..."
“Əvvəlcə Ermənistan ordusunun zabit və əsgərlərini Bakı həbsxanalarından azad edin, sonra “Qazaxıstanın işğalına” başlamaqla lovğalanarsınız”. TEREF.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə müxalifətdə olan Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov Ermənistan hakimiyyətini tənqid etdiyi zaman bildirib.

Şarmazanov ələ keçirilən erməni diversantların Bakıda keçirilən son məhkəmə prosesini əsas gətirərək, Ermənistan hakimiyyətini acizlikdə və xainlikdə ittiham edib.

Qeyd edək ki, KTMT-yə rəhbərlik hazırda Ermənistanda olduğu üçün “sülhməramlı” qüvvələrin Qazaxıstana yeridilməsi ilə bağlı qərarı bu ölkənin baş naziri Nikol Paşinyan verib. Paşinyan hakimiyyəti prosedur qaydası olan bu addımdan siyasi təbliğat məqsədilə də istifadə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru