"Ölkəyə soxulmuş ordu Qazaxstana xüsusi nifrət bəsləyib,..." - Politoloqdan replika

12-01-2022, 00:02           
"Ölkəyə soxulmuş ordu Qazaxstana xüsusi nifrət bəsləyib,..." - Politoloqdan replika
Bir neçə gündür Qazaxstanla bağlı prosesləri izləməkdəyəm və Qazaxstanla bağlı baş verənlərin Ukraina və Belarusdan ciddi fərqi var.
Qazaxstana intervensiya ( bunun başqa adı yoxdur ) hiyləgərcəsinə Milad tətili günlərinə salındı ki, cəld beynəlxalq reaksiya olmasın.
Ukrainadan fərqli olaraq Rusiya prezidenti Qazaxstanı öz evi adlandırır, patriarx Qazax torpaqlarını qədim rus torpağı adlandırır və s.
Rus rəsmiləri, siyasətçiləri , rusiyanın mediası Qazaxstanın suverenliyini şübhə altına alan ciddi təbliğat aparır.
Qazaxstanda xarici sərmayənin 80 % Çin sərmayəsidir, Bu sərmayənin 70 % dən çoxu lojistika infrastrukturuna qoyulub.
Ölkə Çinin iki xətti üzrə həll edici quru yoludur, Yaxın Şərq və Avropaya yükdaşımalarını əsas hissəsidir.

Rusiya bunun haqqını mütləq ödəyəcək..
Ölkəyə soxulmuş ordu Qazaxstana xüsusi nifrət bəsləyib, bir neçə günə qazax xalqının tarixinə aid əlyazmalar və eksponatlar saxlanılan müzey və arxivləri, tarixi sənədlər saxlanılan arxivlər belə quldurcasına yağmalanıb.
Hər halda heç bir qazax ( hətta terrorist belə olsa idi ) öz müzeyində , öz tarixinə aid eksponatları və hətta film və sənədli materiallar saxlanılan arxivi talamazdı.
Yegana Haciyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru