"64 gün dabanından qığılcım çıxanlar cəsarətlənməli deyil"
12-01-2022, 12:48

Düşmən hər dəfə atəşkəsi pozanda, Laçın- Gorus-Naxçıvan istəqimətində 2-3 km irəlləyək
Ali Baş Komandanın əzəli torpaqlarımızdan olan Qarakilsədə Növruz tonqalını yandırması üçün hazırlıqlara başlamağın da vaxtı çatıb
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin növbəti dəfə gərginləşməsinə səbəb oldu.
Düşmən təxribatları nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olması, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görməyə məcbur oldu. Təxribata cəhd edən 2002-ci il təvəllüdlü sıravi Artur Artyom Mxitaryan, 2002-ci il təvəllüdlü kiçik çavuş Rudik Rafik Qaribyan və 2003-cü il təvəllüdlü əsgər Vahan Vaçaqan Babayan məhv edildi. Daha iki (bəzi mənbələrdə üç) düşmən hərbçisinin yaralandığı məlumdur. İtkilərin artacağı ehtimal olunur. Azərbaycanın teleqram kanalları düşmənin yaralı əsgərləri tərk edərək geri çəkildiyi barədə yazsa da, bu hələlik təsdiqlənmir. Çünki belə olan halda yaralı və ya ölü düşmən bizim əlimizdə qalmalı idi.
Axşam saat 21:00 radələrinə olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitləşdi. Azərbaycan Müdafiə Nazirliyi heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə cavab tədbirləri həyata keçirdiyini açıqlasa da, Ermənistan bunun əksini iddia etməyə çalışır.
Müharibə zamanı ilk 3-4 saatlıq müqavimətdən sonra 64 gün dabanından qığılcım çixanlar cəsarətlənməli deyil. 3-4 gün Qazaxstanda bazarı qoruyandan sonra özlərini cəsur hesab etməli də deyil. Əvvəllər bu təxribatlar adətən Paşinyanın havadar ölkələrin liderləri ilə görüşündən və ya telefon zəngindən sonra baş verirdi. Düşmən ürəklənirdi, təxribata cəhd edirdi və cavabını alırdı. Sonra Ermənistanın dərin peşmançılıq və təhqirlərə məruz qaması fonunda “Erablur” panteonu növbəti qonaqlarını qəbul edirdi. Maraqlıdır ki, eyni istiqamətdə dəfələrlə atəşkəsi pozmaq cəsarətini erməni ordusu hardan alır? Erməni ordusu nə qədər harınlayıb ki, Naxçıvan istiqamətində atəşkəsi pozur?
Baş verən bu erməni təxribatı da əvvəllər olduğu kimi cavabsız qalmadı. Gələcəkdə bu belə olacağına əminəm. Amma bu təxribatlar, həm də eyni istiqamətdə nə qədər davam edəcək? Nə qədər erməni təxribat törədəcək, nə qədər biz lokal və adekvat cavab verəcəyik? Əgər cavab adekvatdırsa, o zaman düşmən nədən sakitləşmir? Sual vermək asandır, cavab tapmaq isə çətindir. Çalışacam təkliflərimi də verim.
1. Artıq hər kəsə məlumdur ki, erməni ordusu təhqir edilməyəndə özünü yaxşı hiss etmir. Deməli fəaliyyətlərimizi bunu nəzərə almaqla planlaşdırmalıyıq.
2. Əməliyyat şəraitinin, döyüş və mənəvi psixoloji üstünlüyünün əlimizdə olmasından istifadə edib, Ordumuz adekvat tədbirlərinin “doza”sını artırmalıdır.
3. Ehtiyac yaranarsa, PUA və artilleriya da işləməlidir.
4. Ayda 2-5 itki verməklə erməni ordusu sakitləşən deyil. Düşmənin fəaliyyətlərini optik və pilotsuz vasitələrlə qeydə almalıyıq, onun atəşkəsi pozmasına dair vizual sübutları əldə edəndən 1 dəqiqə sonra isə Azərbaycan Ordusu buistiqamətdə əlində olan bütün silah və texnikaların imkanlarını həmin atəş açan düşmən mövqeyinə yönəltməlidir.
5. Düşmən mövqeyindən kimsə sağ çıxmamalıdır və həmin ərazi Ordumuz tərəfindən azad edilməlidir. Necə olsa hmısı tarixi torpaqlarımızdır.
6. Ümumiyyətlə atəşkəsi pozan istənilən düşmən mövqeyi, orada yerləşən ölü və yaralı ilə həmin gün Azərbaycan əsgərinin nəzarətinə keçməlidir. Ermənilər 30 il ərzində sərhədlərimizi 150 km pozmuşdular, bu gün məğlub olsalar da sərhədlərin təyin edilməsi prosesini hələ də uzadırlar.
7. Düşmən bizim sərhədlərimizi 30 il tanımayıbsa, indi də bu məğlub vəziyyətində yenə də tanımırsa, biz niyə onun təyin edilməyən sərhədlərini tanımalıyıq?
8. Düşmən hər dəfə atəşkəsi pozanda, Komando hissələrinin köməyi ilə Laçın- Gorus-Naxçıvan istəqimətində 2-3 km və ya əlverişli növbəti mövqe əldə edənə qədər irəlləyə bilərik.
9. Naxçıvan Ordusu ilə Laçın korpusunun döyüşçülərinin Gorusda təcrübə mübadiləsi üzrə görüşünü təşkil edilməsi barədə düşünək.
İstənilən halda atəşkəsin pozulması birmənalı olaraq Ermənistanın münaqişəni yenidən alovlandırılmasına cəhdi kimi dəyərləndiririlməlidir. Onlar münaqişə istəyirlərsə, bunu əldə edəcəklər. Həm Naxçıvan, həm də Basarkeçər istiqamətində.
Kim bilir, bəlkə də Ali Baş Komandanın əzəli torpaqlarımızdan olan Qarakilsədə Növruz tonqalını yandırması üçün hazırlıqlara başlamağın da vaxtı çatıb....
Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//