“NATO 1997-Cİ İL SƏRHƏDLƏRİNƏ QAYITMAYACAQ” – “Alyans yeni üzvlərin qəbulu ilə bağlı siyasətinə də yenidən baxmayacaq”

13-01-2022, 08:04           
“NATO 1997-Cİ İL SƏRHƏDLƏRİNƏ QAYITMAYACAQ” –
ABŞ-ın NATO-dakı nümayəndəsi Culian Smit bildirib ki, Şimali Atlantika alyansı "zamanda geri getmək", yəni 1997-ci ilin sərhədlərinə qayıtmaq niyyətində deyil.

TEREF.AZ-ın yazdığına görə, Qafqaz.media xəbər verir ki, Smit NATO-ya 1997-ci il sərhədlərinə qayıtmağı təklif edən Rusiya Federasiyası XİN naziri müavini Sergey Ryabkovun sözlərinə şərh olaraq belə cavab verib. O, həmçinin bildirib ki, alyans yeni üzvlərin qəbulu ilə bağlı siyasətinə yenidən baxmayacaq. Nəzərə çatdıraq ki, bu müddəa Rusiyanın NATO-ya verdiyi ultimatumda yer alır.



“Müttəfiqlərlə masa arxasında söhbət edəndə hər kəsə aydın olur ki, bu ittifaq zamanla tamamilə fərqli bir dövrə, daha kiçik olan və tarixdə daha kiçik iz qoyan, tamamilə fərqli bir çərçivəyə geri qayıtmaq niyyətində deyil. Biz müasir dünyaya uyğun olmalıyıq", - deyə xanım Smit Brüsseldə telefon brifinqində açıqlayıb. Beləliklə, o, Rusiya XİN naziri müavini Sergey Ryabkovun NATO-nun “pulları yığmağın və 1997-ci ilin sərhədlərinə getməsinin vaxtı çatıb” bəyanatını şərh edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru