AVROPA RUSİYANIN QAZ ASILILIĞINDAN XİLAS OLUR - Litva və Polşanı birləşdirən "GIPL" qaz kəmərinin tikintisi başa çatıb…

13-01-2022, 08:08           
AVROPA RUSİYANIN QAZ ASILILIĞINDAN XİLAS OLUR -
Litvanın "Amber Grid" qaz şirkəti Litva və Polşanı birləşdirən "GIPL" qaz kəmərinin tikintisini başa çatdırıb. TEREF.AZ-ın verdiyi xəbərə görə, Qafqaz.media "unian.net" portalına istinadla bildirir ki, bu barədə "Ukrayna GTS Operatoru"nun rəhbəri Sergey Makoqon “Facebook” səhifəsində məlumat verib.

"Baltikyanı ölkələrlə Polşanı birləşdirən GIPL qaz kəmərinin tikintisi başa çatıb. Onun uzunluğu 508 km, dəyəri isə demək olar ki, 500 milyon avro təşkil edir. Gücü ildə 2,4 milyard kubmetrdir. Baltikyanı ölkələr bu qaz kəmərinə çıxış əldə edəcəklər. Polşa vasitəsilə Aİ qaz bazarı və Polşa Klaypedadakı LNG terminalına çıxış əldə edəcək. Avropa daim yerli bazarların, xüsusən də Şərqi Avropanın inteqrasiyası üzərində işləyir. Bu, inhisarçı qaz tədarükçülərinin siyasi təzyiqini azaldacaq", - deyə Makoqon yazır.

Litva və Polşa arasında GIPL (Gas Interconnection Poland-Litva) qaz kəməri 2022-ci ilin ortalarında işə başlamalıdır, lakin indi ölkələr tariflərin azaldılması imkanlarını müzakirə etməyə başlayıblar. GİPL Baltik ölkələrini və Finlandiyanı eston-fin qazkəməri "Balticconnector" vasitəsilə Avropa İttifaqının qaz şəbəkəsi ilə birləşdirəcək.

2021-ci il oktyabrın 20-də "GIPL" qaz kəmərinin tikintisi çərçivəsində iki ölkənin qaz nəqli sistemlərini “qızıl tikiş”lə qaynaq edilib və birləşdirilib.



Qaz əlaqəsinin ümumi uzunluğu 508 km, o cümlədən Litvada 165 km, Polşada 343 km təşkil edir. Layihənin dəyəri təxminən 500 milyon avroya çatır. Boru kəmərinin dəyərinin 60%-dən çoxu Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və Baltikyanı ölkələr istiqamətində qaz kəməri ildə 27 TVt/saata, Polşa istiqamətində isə 21 TVt/saata qədər qaz nəql edə biləcək.

Polşa-Litva marşrutu üzrə ötürmə gücü ildə 2,4 milyard kubmetr, Litva-Polşa marşrutu üzrə isə ildə 1,9 milyard kubmetr təşkil edir. Layihənin əsas məqsədi Rusiyanın "Qazprom"undan asılılığı azaltmaqdır. 27 noyabrda KİV-lərdə məlumat peyda olmuşdu ki, Rusiyanın layihəsi olan "Şimal axını 2" sertifikasiya olmadan işləyə bilər, amma bu halda 1 milyon avro dəyərində cərimə ödəməlidir. 15 noyabrda isə Almaniyanın Federal şəbəkə agentliyi Ukraynanın "Natfoqaz" şirkətinin "Şimal axını 2"nin sertifikasiyasında iştirakına müraciətini təsdiqləmişdi.

Başqa bir məsələ də var. "Şimal axını 2"nin sertifikasiyası Avropa Komsiisyasında həll olunmalıdır və bu komissiyaya Almaniya rəhbərlik edir. Avropa Komissiyasının rəhbəri Yoxen Xomann bildirib ki, bu kəmərin sertifikasiyası üçüm xeyli vaxt lazım olacaq, çünki kəmərin və onu operatorlarının Avropa İttifaqının qaydalarına uyğunluğu yoxlanılmalıdır. Aİ-nin qaydaları tələb edir ki, qaz kəmərinin tədrükçüsü və operatoru bir-birindən asılı olmamalıdır və kəmərə eyni hüquqa malik olmalıdır. "Şimal axını 2"-də isə belə deyil. Beləliklə, Xoymann deyir ki, 2022-ci ilin birinci yarısında "Şimal axını 2"-nin sertifikasiyası barədə qərar qəbul edilməyəcək. Bundan başqa Almaniya XİN-in yeni rəhbəri Annalena Berbok "Şimal axını 2"-nin əleyhdarı və Rusiyanın kəskin tənqidçisidir. Yeni kansler Olaf Şolts isə Berboku dəstəkləyib.



Nəticə: hazırda qaz oyunundan uduşlu çıxan ABŞ-dır. Çünki onun satmağı təmənna etdiyi Avropa ölkələri əvvəl rus qazını tərcih edirdilər və ABŞ-ın sıxılmış qazına məhəl qoymurdular. Rusiyanın qaz qiymətlərini həddən çox bahalaşdırması ilə Avropa ölkələri sıxılmış qaza üstünlük verdilər, bu rus qazından daha ucuzdur. Əvəzində Rusiya işə sala bilmədiyi qaz kəmərilə qalıb. Rusiyanın qaz asılılığından yaxasını qurtarmağa çalışan Baltikyanı və Finlandiya da artıq bunu etmək üzrədirlər.

Bu arada, qaz asılılığından qurtarmağın yolunu tapan Finlandiyanın NATO-ya üzv olmağı gözdən keçirməsilə təhlükəsizliyini də təmin etməyə çalışdığı görülür. Hələ ki, Rusiya uduşlu vəziyyətdə deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.