Sərhəddə yalnız erməni təxribatı var

14-01-2022, 11:52           
Sərhəddə yalnız erməni təxribatı var
Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiklərini təxribat adlandırmamaq çətindir. KTMT Ermənistanla Azərbaycan arasındakı vəziyyətə heç vaxt müdaxilə etməz. Vacib deyil, vəziyyət Qazaxıstanda qarışsın və yaxud hər hansı başqa yerdə - KTMT erməni provokasiyalarına reaksiya verməyəcək.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı siyasi şərhçi Aleksandr Artamonov bölüşüb.

“Azərbaycanın mövqeyi aydındır və bu mövqe beynəlxalq hüquq, BMT-nin qətnamələri ilə təsdiqlənib. Nə Rusiya sülhməramlıları, nə də KTMT qüvvələri prosesə qarışacaqlar. Burada biz yalnız Ermənistan tərəfindən kobud təxribatdan danışa bilərik.

Qazaxıstan missiyasında Ermənistan hərbçilərinin gəlişi yalnız simvolik xarakter daşıyırdı. Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədridir. O göstərməli idi ki, Ermənistan KTMT-yə üzv olan digər ölkələrlə birlikdə əməliyyatlarda iştirak edir”, - deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru