AB ABŞ-a Rusiyaya qarşı addıma imkan verməyəcək

15-01-2022, 08:21           
AB ABŞ-a Rusiyaya qarşı addıma imkan verməyəcək
Avropa ABŞ-ın Rusiyaya sərt sanksiyalar tətbiq etməsinə imkan verməyəcək.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, Qərb Rusiya qazı və neftindən asılı olduğu üçün ABŞ-a qarşı çıxacaq.

Məqalədə Rusiyanın Sovet İttifaqı dövründən Avropanın əsas enerji təchizatçısı olduğu və son bir neçə ildə Avropanın qaz bazarındakı payını artırmağı bacardığı vurğulanıb. Bildirilib ki, keçən il region ölkələrinə Rusiya təxminən 124 milyard kubmetr qaz satıb.

"Şimal Axını-2 qaz kəməri tam gücü ilə işə düşdükdən sonra Avropa Birliyi Rusiyadan daha da asılı olacaq", - məqalədə qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru