"Soyqırımla bağlı suala cavab verən şəxsin "Omega" agenti olması edilə biləcək ən pis şeydir" - Mkrtçyan

20-01-2022, 00:03           
"Soyqırımla bağlı suala cavab verən şəxsin "Omega" agenti olması edilə biləcək ən pis şeydir" - Mkrtçyan
“Omega” agenti soyqırımla bağlı suala cavab verəndə bu, ən pis variantdır.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu parlamentdə sual-cavab iclasında “Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan deyib.

O, “erməni soyqırımı”nın tanınması üçün mübarizəni davam etdirəcəklərini deyib və Qarabağı “Ermənistan torpağı” adlandırıb.

“Erməni xalqı erməni soyqırımının tanınması üçün mübarizəni davam etdirəcək, bu bizim üçün danılmaz həqiqətdir, məncə bunu baş nazir postunu tutan şəxs də deyə bilər, üstəlik, öz sözlərini təkrarlayar: Arsax Ermənistandır, nöqtə!”, – deputat deyib.

Sualı cavablandırmaq üçün kürsüyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxıb.

“Tribunaya çıxan şəxsin agent olması ilə bağlı şayiələri inkar etmədiyini nəzərə alsaq, belə bir suala cavab vermək üçün “Omega” agentini seçmək edilə biləcək ən pis şeydir”, – deyə Mkrtçyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru