“SİTUASİYA OLDUQCA TƏHLÜKƏLİDİR...” - Qazaxıstana yeridilən Rusiya desantçıları bu dəfə Ukrayna sərhədləri yaxınlığında göründü

26-01-2022, 12:55           
“SİTUASİYA OLDUQCA TƏHLÜKƏLİDİR...” -
Rusiya ordusunun yanvarın əvvəllərində KTMT kontingenti tərkibində Qazaxıstana göndərdiyi desant bölmələri bu dəfə Belarus ərazisində, Ukrayna sərhədləri yaxınlığında görünüb. Bu fakta sosial şəbəkələrdə yerləşdirilmiş videorolik əsasında “Conflict Intelligence Team” (CIT) araşdırma qrupu diqqəti cəlb edib.

Teref.az yazır ki, xəbər verildiyi kimi, bir neçə gündür Rusiya Belarus ərazisinə də iri qoşun qruplaşmaları və çoxsaylı hərbi texnika cəmləşdirir. Rəsmi olaraq bu cəmləşmə fevralın əvvəllərində başlaycağı bildirilən “Sarsılmaz müttəfiqlik” Rusiya-Belarus birgə təlimləri ilə bağlıdır. Lakin analitiklər diqqəti bu fakta cəlb edir ki, Rusiya qoşunlarının bir hissəsi heç bir hərbi piloqonların olmadığı və Ukrayna ilə həmsərhəd Qomel vilayətində cəmləşir. Belə ki, Rusiyanın Belarusa mümkün hücum istiqamətlərindən biri kimi Belarus istiqaməti nəzərdən keçirilir.



Sosial şəbəkələrdə yayılmış videoda Belarusa göndərilmək üçün dəmir yol platformalarına yüklənən hərbi texnika arasında desantçıların BDM-M və BTR-MDM zirehli maşınları görünüb. Hərbi texnika Bryansk vilayətindən yüklənib və qatar 5 sərnişin vaqonu ilə birlikdə Belarusa yola düşüb. Həmin vaqonlarda təxminən 250 desantçı olduğu təxmin edilir.



CIT müəyyən edib ki, Belarusa 98-ci hava-desant diviziyasının 217-ci qvardiya paraşüt-desant polku göndərilib. Bu qruplaşma yanvarın əvvəllərində KTMT qüvvələri tərkibində Qazaxıstana yeridilmişdi.

“Ukrayna ərazisinə istənilən irimiqyaslı hücumda hava desant qoşunları həlledici rol oynamalıdır: onlar ya arxa cəbhədə strateji obyektləri ələ keçirmək üçün desant əməliyyatlarında iştirak edəcəklər, ya da zərbə piyada qüvvələri qismində”,-araşdırma qrupu bildirir. Qeyd olunur ki, Rusiya bu taktikanı Ukraynaya qarşı 2014-cü ildə tətbiq edib. CIT Rusiyanın Belarus-Ukrayna sərhədlərinə, o cümlədən Kiyevə yaxın Qomel vilayətində qoşun cəmləşdirməkdə davam etdiyini də bildirir. “Situasiya olduqca təhlükəlidir. Hərbi müdaxilə riski olduqca yüksəkdir”,-CIT bildirir./virtualaz.orgшаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.