Fransızlar kimi seçir?

7-04-2022, 22:44           
Fransızlar kimi seçir?
Fransanın “İpsos” şirkəti ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. 4-5 apreldə aparılmış sorğu 1712 respondenti əhatə edib.

Novator.az bildirir ki, sorğuya əsasən, prezident seçkisinin aprelin 10-na təyin olunmuş ilk turunda indiki dövlət başçısı Emmanuel Makron 27% səslə önə çıxır.

Emmanuel Makron “İrəli, respublika!” hərəkatının lideridir. 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.

Marin Len Pen 22% səslə ikinci yerdə qərar tutur. O, lideri olduğu Milli Cəbhənin namizədidir.

Sorğuya qatılanların 17%-i Fəthedilməz Fransa Partiyasının namizədi Jan-Lük Melanşona, 8,5%-i ifrat millətçilərin namizədi Erik Zemmura, 8%-i Respublikaçılar Partiyasının namizədi Valeri Pekresə dəstək verib.

Qalan namizədlər belə sıralanır:

Yaşıllar Partiyasının namizədi Yannik Jado – 6%

Kommunist Partiyasının namizədi Fabyen Russel – 3,5%

“Müqavimət Göstərək!” Partiyasının namizədi Jan Vassal – 2,5%

Sosialist Partiyasının namizədi Ann İdalqo və “Qalx, Fransa!” Partiyasının namizədi Nikola Düpon-Enyan – hər biri 2%

Yeni Antikapitalist Partiyasının namizədi Filipp Putu – 1%

Fəhlə Mübarizəsi Partiyasının namizədi Natali Arto – 0,5%.

Seçkinin ikinci turu aprelin 24-nə təyin edilib.

Emmanuel Makron Fransanın 8-ci prezidentidir. Ondan əvvəl dövlət başçısı postunu Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten, Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi və Fransua Oland tutublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru