G7 Rusiyanın iqtisadi gələcəyinə elə bir sədd çəkdi ki…

8-04-2022, 08:35           
G7 Rusiyanın iqtisadi gələcəyinə elə bir sədd çəkdi ki…
G7 ölkələrinin liderləri Rusiya iqtisadiyyatının əsas sahələrinə yeni investisiyaların qoyulmasına qadağa qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə G7 dövlət və hökumət başçılarının bu gün yaydığı bəyanatda deyilir. “Biz Rusiya iqtisadiyyatının əsas sahələrinə, o cümlədən enerji sektoruna yeni investisiyaları qadağan edirik”, – bəyanatda qeyd olunur.

Sənəd müəllifləri bildirir ki, G7 ölkələri Rusiya banklarını qlobal maliyyə sistemindən ayırmağa davam edəcək: “Biz təzyiqi gücləndirəcək, o cümlədən dövlət şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.

G7 bəyan edir ki, onlar rus elitasının nümayəndələrinə və onların qohumlarına qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirəcəklər. Bəyanatda həmçinin G7-nin Rusiya hərbi-sənaye kompleksinə qarşı əlavə tədbirlər görməyə hazır olduğuna da işarə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru