Ağ Evin keçmiş həkimi Bayden haqda:

8-04-2022, 09:52           
Ağ Evin keçmiş həkimi Bayden haqda:
ABŞ prezidenti Co Baydenin idrak etmə qabiliyyəti “milli təhlükəsizlik problemi”nə çevriləcək qədər pisləşib.

Bu iddia ilə Ağ Evin keçmiş həkimi, Nümayəndələr Palatasının üzvü Ronni Cekson çıxış edib.

Həkimin sözlərinə görə, Birləşmiş Ştatlar Prezidenti xüsusən son vaxtlar adekvat olmayan davranışlar nümayiş etdirir.

O qeyd edib ki, Rusiya ilə genişmiqyaslı münaqişə riskinin olduğu indiki şəraitdə ABŞ lideri baş verənlərdən aydın şəkildə reaksiya verməyə borcludur.

“Mən diaqnoz qoymağa çalışmıram, amma düşünürəm ki, bütün dünya onun psixi problemlərinin olduğunu görür”, - Ronni Cekson vurğulayıb.

Mənbə: One America News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru