Şmıqal: Ukrayna qələbə çaldı, amma müharibə bitməyib!

8-04-2022, 08:07           
Şmıqal: Ukrayna qələbə çaldı, amma müharibə bitməyib!
Ukrayna Rusiyanın ölkəni ələ keçirmək planlarını pozdu, lakin müharibə bitməkdən çox uzaqdır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Baş naziri Denis Şmıqal deyib.

“Əminliklə deyə bilərik ki, azadlıq müharibəmizin növbəti mərhələsi Ukraynanın qələbəsi ilə başa çatdı. Düşmənin planları pozuldu. Rusiya terrorçularının qoşunları Kiyev, Çerniqov və Sum vilayətlərindən çıxarılıb. Ancaq müharibə bitməkdən çox uzaqdır. Düşmən şərqdə və cənubda torpaqlarımızı ələ keçirmək cəhdlərindən əl çəkmir. O, bütün ölkə ərazisinə raket zərbələri endirməkdə davam edir”, - Şmıqal qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru