ABŞ Rusiyadan neft idxalını qadağan edir

8-04-2022, 09:10           
ABŞ Rusiyadan neft idxalını qadağan edir
ABŞ Senatı Rusiya neftinin idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Qanun layihəsində həmçinin qeyd olunub ki, Rusiya, eləcə də onun yaxın müttəfiqi Belarus Ukraynaya hərbi müdaxiləyə və ya bu işğala yardım etdiyinə görə ticarətdə ən çox üstünlük təşkil edən ölkə statusundan məhrumdur.

Bu qanunun qəbulu bu ölkələrdən ABŞ-a malların ixracına görə rüsumların potensial artımını nəzərdə tutur.

Qanun layihəsi baxılması üçün Nümayəndələr Palatasına göndərilir. Daha sonra sənəd imzalanmaq üçün Prezident Co Baydenə göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru