İsrailin Baş naziri Təl-Əvivdəki terrorçuların hamısının tapılacağını vəd edib

8-04-2022, 09:18           
İsrailin Baş naziri Təl-Əvivdəki terrorçuların hamısının tapılacağını vəd edib
İsrailin təhlükəsizlik qüvvələri Təl-Əvivdə terror aktını həyata keçirmiş şəxsi axtarır və hücumda iştirak edən hər kəsi tapmaq niyyətindədir.

“Report” xəbər verir ki, ölkənin Baş naziri Naftali Bennetin müvafiq bəyanatı onun administrasiyası tərəfindən tviterdə yayılıb.

"Təhlükəsizlik qüvvələri Təl-Əvivdə ağır qətliam törədən terrorçunu təqib edir. Biz harada olur-olsun, onu tapacağıq. Ona birbaşa və ya dolayısı ilə kömək edən hər kəs bunun bədəlini ödəyəcək", - hökumət başçısı bildirib.

“The Jerusalem Post”un məlumatına görə, İsrail polisi hadisəni törətdiyi iddia edilən şəxsin fotosunu yayıb və onun axtarışında vətəndaşlardan kömək istəyib. Vətəndaşlardan xahiş olunur ki, həmin şəxsi görəndə polisin “qaynar” xəttinə zəng etsinlər. Foto ağ-qaradır və kifayət qədər aydın deyil.

Cümə axşamı axşam Təl-Əvivin mərkəzi hissəsində Dizengof küçəsi yaxınlığında azı bir silahlı şəxs insanlara atəş açıb. Son məlumatlara görə, hadisə zamanı iki nəfər ölüb, vəziyyəti ağır olanlar da daxil olmaqla, daha 12 nəfər yaralanıb.

Hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.