Makronun hörməti artır: “Putinə zəng edən oğlan”

8-04-2022, 11:26           
Makronun hörməti artır:
Ukraynadakı xüsusi əməliyyat fonunda Rusiya Prezidenti Vladimir Putinlə daimi təmaslar yenidən prezidentliyə namizədliyini irəli sürən Fransa Prezidenti Emmanuel Makrona əlavə səslər qazandıra bilər.

Axar.az xəbər verir ki, bunu Fransa Xalq Respublikası İttifaqı Partiyasının lideri Fransua Asselino deyib.

“Putinlə danışıqlar Makrona sülhməramlı, əsas fiqur, siyasi lider imicini verə bilər. Namizəd Emmanuel Makron indi yaşadığımız çətin dövrdə çox şanslıdır. Çünki prezident seçkisi Fransanın Avropa Birliyinə altı aylıq sədrliyi dövrünə təsadüf edir. Bir çox fransızın fikrincə, Makron müvəqqəti olaraq “Avropa prezidenti”dir. Ukrayna hadisələri Makrona gözlənilməz status verib. Makron vaxtaşırı Prezident Putinə zəng edir və fransızlara onun geosiyasi məsələlərlə çox məşğul olduğunu, seçki kampaniyasına vaxtı olmadığı barədə təəssürat yaratmaq istəyir”, - o bildirib.

Qeyd edək ki, Makron seçki kampaniyası başlamazdan əvvəl opponentləri ilə debata qatılmayacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru