Brüssel görüşü xarici ekspertin gözü ilə: “Aİ Rusiyanı üstələdi”

8-04-2022, 12:15           
Brüssel görüşü xarici ekspertin gözü ilə: “Aİ Rusiyanı üstələdi”
Liderlərin görüşünü təşkil etmək Avropa İttifaqının bölgədəki mövqeyi baxımından bir qələbəsidir - bu sözləri Qafqaz siyasi araşdırmalar mərkəzinin rəhbəri Hasan Oktay Bizim.Media-ya açıqlamasında söyləyib:

“Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə ikinci görüşünü keçiriblər. Birinci görüş Ukrayna müharibəsindən əvvəl, ikincisi isə Rusiyanın qurduğu Ukrayna oyununda dalana dirəndiyi bir vaxt baş verdi.
Rusiyanın Cənubi Qafqazda qısa və orta müddətli əməliyyatını nəzərə alsaq, buradakı vəziyyət normallaşmaya doğru gedir.

Bu görüş deyərdim ki, tərəflər arasında daha öncə keçirilən mina danışıqlarını müzakirə etməzdən əvvəl baş verən danışıqlar kimidir. Amma liderlərin bu görüşünü təşkil etmək Avropa İttifaqının bölgədəki mövqeyi baxımından bir qələbəsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru