Rusiya 45 polşalı diplomatı Moskvadan qovdu

8-04-2022, 18:44           
Rusiya 45 polşalı diplomatı Moskvadan qovdu
Rusiya rəsmi Varşavanın hərəkətlərinə cavab olaraq, Polşa diplomatik missiyasının 45 əməkdaşını ölkədən çıxarır. Onlar aprelin 13-dək Rusiyanı tərk etməlidirlər.
Redaktor.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Aprelin 8-də Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu il martın 23-də Polşada 45 rus diplomatın "persona non qrata" elan olaunmasına görə kəskin etiraz bildirilib”.

Səfirin diqqətinə çatdırılıb ki, Moskva belə bir addımı Varşavanın ikitərəfli münasibətləri şüurlu şəkildə məhv etmək istəyinin təsdiqi kimi qiymətləndirir və buna görə məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür.

Bundan əvvəl Polşanın tələbi ilə 45 rusiyalı diplomat ölkəni tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru