Rusiya banklarına vətəndaşlara nağd valyuta satmağa icazə verilib

9-04-2022, 07:57           
Rusiya banklarına vətəndaşlara nağd valyuta satmağa icazə verilib
Rusiya Mərkəzi Bankı bankların vətəndaşalara nağd valyuta satmasına icazə verib.

APA-nın Moskva müxbirinin məlumatına görə, banklar aprelin 18-dən etibarən vətəndaşalara nağd valyuta sata biləcəklər. Banklar yalnız aprelin 9-dan etibarən kassaya daxil olan nağd valyutanı sata biləcəklər.

Qeyd edək ki, Ukrayna müharibəsinə görə Qərbin maliyyə sanksiyaları ilə üzləşən Rusiya bir aydan çoxdur ki, xarici valyuta satışını məhdudlaşdırıb. Lakin son iki həftə ərzində rublun məzənnəsinin xarici valyutaya nisbətdə sürətlə bahalaşması maliyyə bazarında sabitliyə səbəb olub. Rusiya rublunun dollara və avroya nisbətdə məzənnəsi Ukrayna ilə müharibədən əvvəlki həddə qalxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru