Arestoviç: “Rusiya Prezidenti artıq müharibəni bitirmək istəyir”

9-04-2022, 08:58           
Arestoviç: “Rusiya Prezidenti artıq müharibəni bitirmək istəyir”
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Prezidenti Vladimir Putinin artıq Ukraynadakı müharibəni bitirmək istədiyini və bunun əlamətlərini müşahidə etdiyini bəyan edib.

“Onlar müharibəni bitirmək istəyirlər, çünki döyüş meydanındakı məğlubiyyətləri və onların iqtisadiyyatını qıran sanksiyalar Rusiya Federasiyasının daxilindəki ictimai-siyasi vəziyyəti sual altında qoyur”, - deyə Aleksey Arestoviç bildirib.

Aleksey Arestoviç əlavə edib ki, Rusiya ordusu artıq səkkiz əməliyyat zonasından altısında məğlub olub.

“İndi onların(Rusiya tərəfini nəzərdə tutur-red) əsas qayğısı odur ki, Putin Zelenski ilə görüşdə hər hansı formada da olsa güclü mövqedə olsun. Heç olmasa nəyisə götürsün, Mariupolu, Donbasdakı zonanı... heç olmasa ciddi təhlükə yaratsın, çünki hesab edirlər ki, Putinin olduğu yerdə qələbə olmalıdır, əks təqdirdə onun hakimiyyəti mövcud ola bilməz”, - deyə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç fikrini tamamlayıb.

Mənbə: Unian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru