Lavrovun narazılığı: Kiyev niyə yeni təkliflər verdi?

9-04-2022, 09:52           
Lavrovun narazılığı:
Lavrovun narazılığı: Kiyev niyə yeni təkliflər verdi?
Ana səhifə Gündəm 12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Kiyev, Sum, Çerniqov vilayətlərindən tamamilə geri çəkilməsi təbii ki, Ukrayna ordusunun müqavimət potensialının artması ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev rus ordusunun Ukraynanın Kiyev və Çerniqov vilayətlərindən çəkilməsi və qüvvələrini Donbasa yığmasının səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, Lavrovun Kiyevdən İstanbul görüşündən kənar təkliflərin gəldiyi ilə bağlı etirazı bu kontekstdə diqqət çəkir:

“Müharibənin ilk və son həftəsini müqayisə etsək, çox böyük fərq görərik. Bu baxımdan Ukraynanın yeni təkliflərində qeyri-adi heç nə yoxdur. İstənilən halda Ukrayna ərazi bütövlüyü ilə risk etmək və torpaqlarını işğal altında qoymaq niyyətində olmadığını hiss etdirir”.

Ekspert əlavə edib ki, hansı təkliflərin masada müzakirə olunacağını hələ zaman göstərəcək:

“Real vəziyyət onu göstərir ki, Rusiya ordusu hərbi potensialını itirir və döyüş bölgəsindəki imkanları məhdudlaşır. Yaxın günlərdə Ukrayna ordusu daha böyük hərbi əməliyyatlar keçirəcək və Donbasda da aktivləşəcək. Uğur qazandıqca isə Ukraynanın tələbləri də dəyişəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru