Şolz Putinə MÜRACİƏT ETDİ:

10-04-2022, 00:06           
Şolz Putinə MÜRACİƏT ETDİ:
Almaniya kansleri Olaf Şolz Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

KONKRET.az xəbər verir ki, Şolz bu müraciəti Lübekdə Sosial Demokrat Partiyasının seçki mitinqində çıxışı zamanı edib.

Şolzun fikrincə, Putin imperiya təfəkkürü ilə xarakterizə olunur, “bizə 19, 18, 17 və digər əsrlərdən məlumdur”.

O, Rusiya Prezidentinə “Siz öz ölkənizin gələcəyini məhv edirsiniz” deyib.

Şolz Putini atəşi dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırıb. O xatırladıb ki, Qərb sanksiyaları artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərir.

Almaniya kansleri həmçinin Kremli əmin edib ki, Berlin Ukraynaya müdafiə silahlarını ötürməyə davam edəcək.

Bundan əvvəl Şolz Almaniyanın Ukrayna üçün təminatlarla bağlı konfidensial danışıqlar apardığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru