Pakistanda vəziyyətin qarışması Çini hərəkətə keçirib.

10-04-2022, 08:53           
Pakistanda vəziyyətin qarışması Çini hərəkətə keçirib.
Teref.az yazır ki, Hindistanın Kəşmiri işğal etməsi ehtimalına qarşı Çin Xalq Respublikasının ordusu general Vanq Ye-i Xonun komandanlığı altında 4 briqada ilə birlikdə sülhməramlı missiya adı altında İslamabada doğru hərəkətə başlayıb. Həmçinin Kəşmirdəki sərhədçilərə də "döyüşə hazır ol" əmri verilib.
Pakistandakı vəziyyətin nə ilə nəticələnəcəyi bəlli deyil. Amma o bəllidir ki, ölkədə aranın qarışması Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin Cənub dəhlizini təhlükə altında qoyur.
Layihənin Şimal dəhlizi də Rusiya-Ukrayna müharibəsi nəticəsində faktiki bağlanmış vəziyyətdədir.
Hazırda layihənin toxunulmamış qalan yeganə güzərgahı Orta dəhlizdir. Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan (və ya Zəngəzur dəhlizi)-Türkiyə üzərində Avropaya açılan bu marşrut üzərindəki ölkələr növbəti poliqon ola bilər. Böyük ehtimalla, yeni gərgünlik mərkəzi kimi Orta Asiya ölkələrindən biri seçiləcək. Özbəkistanmı, Türkmənistanmı, Qazaxıstanmı, yoxsa hər üçümü, bunu yaxın günlərdə görəcəyik.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru