Putini yalnız bu DAYANDIRA BİLƏR – Ən yaxını açıqladı

10-04-2022, 18:46           
Putini yalnız bu DAYANDIRA BİLƏR – Ən yaxını açıqladı
Rusiya Prezidenti Vladimir Putinin keçmiş iqtisadi müşaviri Andrey İllarionov bildirib ki, Rusiyanın enerji ticarətinə qoyulacaq “əsl embarqo” Ukraynada müharibəni dayandıra bilər.

Teref.az Publika.az-a stinadən xəbər verir ki, Andrey İllarionov Qərb ölkələrinin Rusiyadan enerji istifadəsini azaldacaqları ilə bağlı bəyanatını Kremlin ciddi qəbul etmədiyini qeyd edib.

O, Qərbin Rusiyadan neft və qaz ixracına güclü embarqo qoyacağı təqdirdə Moskvanın Ukraynadakı əməliyyatlarını “1-2 aya” dayandıracağını iddia edib. Enerjinin Qərb ölkələrinin əlində ən təsirli vasitələrdən biri olduğunu vurğulayan keçmiş müşavir Putinin iqtisadiyyata zərbə almağa hazır olduğunu bildirib.

Gələcəyə dair vədlərə baxmayaraq, Avropa hələ də Rusiya qazı və neftini almağa davam edir. Rusiyanın ötən il enerjidən əldə etdiyi gəlir ölkənin xərclərinin 36 faizini təşkil edib. Bu gəlirin böyük hissəsi Avropa İttifaqı ölkələrindən əldə edilib. Aİ istehlak edilən qazın 40 faizini, neftin isə 27 faizini Rusiyadan alır. Bu idxalın böyük hissəsi Almaniyanın payına düşür. Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Rusiyadan alınan enerjiyə hər gün milyard avro verdiklərini söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.