ABŞ-da Azərbaycan və Ermənistana çağırış

10-04-2022, 19:33           
ABŞ-da Azərbaycan və Ermənistana çağırış
Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaq niyyətinə sadiqdir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin aprelin 10-da yaydığı məlumatda bildirilir.

"Biz Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb", - deyə qurumun açıqlamasında qeyd olunub.

Həmçinin vurğulanıb ki, Birləşmiş Ştatlar bu təşəbbüslərdə, Ermənistan və Azərbaycana kömək etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru