İran ABŞ-dan nüvə sazişi ilə bağlı hüquqi təminat istədi

11-04-2022, 08:04           
İran ABŞ-dan nüvə sazişi ilə bağlı hüquqi təminat istədi
İran parlamenti Vyana nüvə müzakirələrində barışıq üçün müəyyən şərtlər irəli sürüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb. 290 yerlik parlamentdə 250 deputatın imzaladığı bəyanatda Assambleyanın mümkün nüvə razılaşması üçün şərtləri qeyd edilib.

Bəyanatda Vaşinqtondan verilən şifahi vədlərin təminat sayılmayacağı bildirilib: “ABŞ gələcəkdə sazişdən birtərəfli qaydada çıxmayacağına dair hüquqi təminatlar verməli və mümkün razılaşmanı Konqres təsdiqləməlidir”.

Həmçinin İranın qurum, təşkilat və şəxslərinə qarşı yeni sanksiyaların tətbiqinə qadağa qoyulması istənilib. İmzaladıqları bəyanatda İranın neft ixracını rahat həyata keçirə bilməsini vurğulayan deputatlar, ABŞ sanksiyaları səbəbindən Tehranın dondurulmuş maliyyə aktivlərinin sərbəst buraxılmasını tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru