Silah tədarükü, hərbçilərə təlim, sahil müdafiə sistemləri… –

11-04-2022, 08:05           
Silah tədarükü, hərbçilərə təlim, sahil müdafiə sistemləri… –
“Biz tərəfdaşlarla işləyirik ki, Ukraynanı Qara dənizdəki təhlükələri neytrallaşdırmaq üçün istifadə edə biləcəyi müdafiə sistemləri ilə təmin edək”.

Bunu CNN telekanalına müsahibəsində ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib:

Sallivan həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü artırmaq planı üzərində işləyir və Ukrayna hərbçilərinin ölkədən kənarda təlim keçmək imkanlarını araşdırır:

“Siz indicə Britaniya tərəfdən eşitdiniz ki, onlar sahilyanı müdafiə sisteminin spesifik versiyasını Ukraynaya tədarük etmək niyyətindədirlər. Biz bu məsələdə Britaniya tərəfi ilə sıx işləyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru