“Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir” – Zelenski

11-04-2022, 10:08           
“Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir” – Zelenski
Dövlət başçısı Almaniyadan kanslerlə razılaşdırılmış hər şeyi yerinə yetirməsini gözləyir.

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolzla danışıqlardan sonra Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini bildirib.

Sozcu.az-ın verdiyi məlumata görə, bunu Zelenski Facebook sosial şəbəkəsində yerləşdirdiyi videoda deyib.

“Mən bu gün Almaniya kansleri Olaf Şolzla danışdım. Müharibə cinayətlərinin bütün günahkarlarını necə məsuliyyətə cəlb etmək olar. Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülhə nail olmağa necə məcbur etmək olar”, – prezident deyib.

“Mən şadam ki, son vaxtlar Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir. Məncə, bu, tamamilə məntiqlidir. Çünki bu, alman xalqının əksəriyyətinin dəstəklədiyi kursdur. Mən ona minnətdaram. Amma mən bunu gözləyirəm. Razılaşdığımız hər şey həyata keçiriləcək, bu, çox vacibdir”, – deyə Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru