Qərb defolt elan edərsə, Rusiya hüquqi tədbirlər görəcək

11-04-2022, 10:25           
Qərb defolt elan edərsə, Rusiya hüquqi tədbirlər görəcək
Siluanov: “Qərb defolt elan etdikdə Rusiya məhkəmələrə müraciət edəcək”

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Qərb avrobondlar üzrə Rusiyada defolt elan edərsə, Rusiya məhkəməyə müraciət edəcək. AYNA xəbər verir ki, nazir bu barədə “REN” TV-yə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, investorların ödənişlərini alması üçün bütün zəruri tədbirlər görülüb.

“Ödənişlərimizi həm xarici valyutada, həm də rublla ödəmək səylərimizi təsdiqləyərək məhkəməyə təqdim edəcəyik. Bu, asan proses olmayacaq. Biz bütün çətinliklərə baxmayaraq, öz işimizi çox fəal şəkildə görəcəyik”, - Siluanov əmin edib.

Siluanov müsahibədə Qərbin Rusiyanın reputasiyasına zərbə vurmaq və ölkəni defolta çevirmək cəhdlərindən danışıb.

Qeyd edək ki, aprelin 6-da Kreml Rusiyada süni defoltun mümkün olduğunu açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiyada real defolt üçün heç bir əsas yoxdur, lakin nəzəri cəhətdən belə bir vəziyyət süni şəkildə yaradıla bilər. Maliyyə Nazirliyi Rusiyanın dövlət borcu üzrə defoltdan xilas olduğunu təsdiqləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.