Separatçı rejim Xocavəndin 5, Tərtərin 1 kəndində qanunsuz "seçki" keçirdi... - BU NƏDİ BELƏ?

11-04-2022, 12:16           
Separatçı rejim Xocavəndin 5, Tərtərin 1 kəndində qanunsuz "seçki" keçirdi... - BU NƏDİ BELƏ?
Dünən - aprelin 10-da Rusiyanın Qarabağdakı "sülhməramlı" adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycan Respublikasının 6 məntəqəsində qanunsuz “seçki” keçirib. Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Məlumata görə, Xocavənd rayonunun “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, həmin rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, “Norşen” –Günəşli və Sos kəndlərində, həmçinin Tərtər rayonunun “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə "səs" verilib.

Separatçı-kriminal xuntanın qanunsuz "seçki" komissiyasının məlumatına görə, "seçici"lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib.

Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının görkəmli dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Eyni rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetirib, kənddəki evləri isə tamamilə yandırıblar...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru