ABŞ-ın dəstəklədiyi prosesdə Azərbaycan detalı - Bölgədə şok gəlişmə

11-04-2022, 12:20           
ABŞ-ın dəstəklədiyi prosesdə Azərbaycan detalı - Bölgədə şok gəlişmə
İsrail-Türkiyə əlaqələrinin normallaşması, Şərqi Aralıq dənizi qazı ilə bağlı gəlişmələr Ankara-Vaşinqton yaxınlaşmasını gücləndirir. Teref.az teleqraf.com-a istinadla xəbər verir ki, Türkiyə parlamentinin komitə sədri Ziya Altunyaldız ABŞ-ın Şərqi Aralıq dənizi qazının Türkiyə üzərindən Avropaya nəqlini dəstəklədiyini bildirib.

“Türkiyənin TAP və TANAP-da etdiyi kimi, yəni Azərbaycanın təbii qazının Avropaya tranziti modelini Şərqi Aralıq dənizində tətbiq etməklə, bölgədən çıxarılan qaz və nefti Avropaya ötürəcək layihəni ABŞ-ın dəstəklədiyi struktura çevirə bilərik”, - Altunyıldız bildirib.

O, bu məqsədlə ABŞ-a getdiklərini də deyib:

“Keçən ay ABŞ-a beş günlük səfər etdik. Hazırkı ticarət həcmini 28 milyard dollardan 100 milyarda çatdırmaq üçün mühüm məsələləri müzakirə etdik. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın enerji asılılığının ortaya çıxardığı problemlər var. ABŞ, Türkiyə və Avropanın layihələrdə birlikdə çalışaraq enerji mənbələrinin və ölkələrin müxtəlifliyinin təmin edilməsi kimi çox aydın gəlişmələr var. ABŞ-ın buna dəstək verməyə hazır olduğunu gördük”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru