“SEPAH adından yayılan video provokasiyadır” - İranın Azərbaycandakı səfirliyi BELƏ DEYİR...

11-04-2022, 20:18           
“SEPAH adından yayılan video provokasiyadır” - İranın Azərbaycandakı səfirliyi BELƏ DEYİR...
“Yayılan videonu gördük. Biz bu məsələni araşdırdıq. SEPAH-ın rəsmi saytında belə bir şeyi görə bilməzsiz”. Teref.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin sözçüsü Ali Musəvi deyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təbliğat xarakterli sonuncu videosunda təbliğatdan daha çox təxribat mesajları öz əksini tapıb. Videoda Azərbaycan və Türkiyəyə qarşı təhdid dolu aqressiya, Ermənistana isə dəstək yüklü açıq mesaj xarakteri daşıyan məqamlar yer alıb.

Ali Musəvi SEPAH-ın Azərbaycandakı atteşesi kimi fəaliyyət göstərən hərbçinin də yayılan görüntülərin rəsmi mövqe olmadığını qeyd edib.

“Bizim buradakı hərbi atteşemiz SEPAH-dandır. Ondan soruşduq, o da baxdı, SEPAH-ın belə bir saytı (“twitter” hesabı) yoxdur. Bizim Azərbaycanla münasibətlərimiz yaxşıdır və yaxşıya doğru da gedir. Amma ki, hər zaman belə şeylər çıxır, təəssüf ki”, - deyə A.Musəvi əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.