Rütbə alması Kadırovu yenidən qızışdırdı: ”Əvvəl Luqansk və Donetskini, sonra Kiyevi ələ keçirəcəyik...”

11-04-2022, 20:40           
Rütbə alması Kadırovu yenidən qızışdırdı: ”Əvvəl Luqansk və Donetskini, sonra Kiyevi ələ keçirəcəyik...”
Rusiya – Ukrayna arasında müharibə başlayan gündən aktiv şəkildə Rusiyanın haqlı olduğunu bəyan edən Çeçenistan başçısı Ramzan Kadırov bəyan etməklə də qalmayıb, Ukraynaya “igid” “Kadırovçular”ı göndərdi.

Ukraynada olduqları müddətdə “kadırovçular” yüzlərlə döyüşçünü itirərək martın 13-də Qroznıya qayıtdılar.

Fevralın 27-də məlum olu ki, Ukraynaya hücum zamanı Rusiya Çeçenistan Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev həlak oldu.

Bundan əlavə, fevralın 27-də şəbəkəyə “kadırovçular”ın nəhəng kolonunun videosu daxil oldu, başlığında onun Kiyevin şimalında yerləşən ərazidə çəkildiyi göstərilirdi.

Demək olar ki, eyni vaxtda sosial şəbəkələrdə, ehtimal ki, Buçadan bir video yayımlandı. Səs yazısında yerli sakin məhv edilmiş hərbi texnika kolonunu nümayiş etdirir və deyir: “Bunlar Kadırovun adamlarıdır”.

Bu qədər itkidən sonra Çeçenistan başçısı sussaydı, daha yaxşı olardı. Amma bu itkilər çeçen anaları nə qədər ağlatsa da çeçen lideri hələ ki, sakitləşdirməyib.

Ukraynanın iki vilayətini mütləq işğal edəcəklərini iddia edib.

Adalet.az sosial şəbəkələrdə, xüsusən You-Tube kanalına istinadən xəbər verir ki, Kadırov Ukraynanın Luqansk və Donetsk bölgəsini tamamilə “azad edəcəklərini”, sonra isə Kiyevi və digər şəhərləri ələ keçirəcəklərini bildirib:” “Tapşırıqlar aydındır və biz artıq konkret, dəqiq şəkildə işləməyə başlayırıq və təkcə Mariupolda deyil, bütün digər qəsəbələrdə, şəhərlərdə və kəndlərdə hücum dalğası olacaq. Ancaq ilk növbədə, biz Luqansk və Donetski tamamilə azad edəcəyik, belə bir tapşırığı Ali Baş Komandan Vladimir Putin qoyub”.

Yeri gəlmişkən, ötən ay “Bizdə bütün şeytanların və onların (Rusiyaya qarşı döyüşən ukraynalılar nəzərdə tutulur) ailələrinin ünvanları var. Nasistlər bunu bilirlər. Ona görə də onlar çaqqallar kimi hərbçilərin – Ukrayna xalqına and içənlərin arxasında gizlənirlər. Uşaqlar, biz bilirik ki, onlar da faşistlər kimi sizi arxadan güllələyirlər, baraj dəstələri yaradıblar. Onlarla özünüz məşğul olun, ya da daha yaxşısı, onları bizə həvalə edin. Siz slavyan qardaşlarısınız! İstəyirik ki, analarınızın həmişə sevimli oğulları olasınız. Evə gedin. Tezliklə hər şey bitəcək və biz əvvəlki kimi dostluq şəraitində yaşayacağıq. Biz dayanmayacağıq. Bizim əmrimiz var, cihadımız var”, – bildirən başçı bu dəfə də hikkəli xəbərdarlığını ukraynalılara çatdırmağı unutmayıb:”Sizi əmin edirəm ki, bir addım belə geri çəkilməyəcək. Kiyev ali baş komandanımızın onun üzərinə qoyduğu bütün öhdəlikləri yerinə yetirməsə, müharibə dayanmayacaq. Onları artıq bitirmişik, hətta sağ olanlar da mənəvi cəhətdən öldürülür”.

Qeyd edək ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun müharibə dönəmindəki fəallığı Rusiya Prezidentinin nəzərindən yayınmayıb. O, çeçen lideri general-leytenant rütbəsi ilə mükafatlandırıb.


Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.