“Rusiya heç vaxt tabe durumda olmayacaq” - Rusiya XİN
12-04-2022, 07:55
Rusiya öz tarixi və ənənələri ilə dünyanın elə ölkələrindən biridir ki, heç vaxt tabe vəziyyətdə olmayacaq.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rusiya-24» telekanalına müsahibəsində bəyan edib.
«Rusiya, əlbəttə ki, öz tarixi, öz ənənələri ilə elə ölkələrdən biridir ki, heç vaxt tabe vəziyyətdə olmayacaq. Biz, yalnız beynəlxalq birliyin bərabər hüquqlu, bölünməz təhlükəsizlik şərti ilə üzvü ola bilərik…» - Lavrov qeyd edib.
P.S. 1962-ci ildə Karib böhranı zamanı SSRİ-nin rəhbəri N.S.Xruşov ayaqqabısı ilə tribunanı döyəcləyərək, BMT TŞ kürsüsündən demişdi: «SSRİ dünyada sülh naminə daşı-daş üstündə qoymayacaq».
Gorbagor Jirinovski isə bir neçə il əvvəl demişdi: «Ruslar respublika sözünü anlamırlar, onlar yalnız imperiya sözünü başa düşürlər».
Lavrovun bəyanatı bunlarla necə həmahəng səslərir…