Fransa seçkiləri: Bu partiyalar süqut etdi

12-04-2022, 08:20           
Fransa seçkiləri: Bu partiyalar süqut etdi
Fransada keçirilən seçkilərin nəticələri ənənəvi fransız partiyalarının - sosialistlərin və respublikaçıların süqutundan xəbər verir.

Axar.az xəbər verir ki, bu barədə əlcəzairli ekspert, siyasətçi Fateh Tituş deyib.

Onun fikrincə, Fransada prezident seçkilərinin birinci turunun nəticələrinin təhlili ölkədə 2017-ci ildən başlayan siyasi mənzərənin yenidən formalaşması faktını bəyan etməyə vadar edir.

“Ənənəvi klassik partiyaların, sosialist partiyasının və respublikaçı partiyanın tam süqutu təsdiqləndi”, - ekspert bildirib.

Fateh Tituşun sözlərinə görə, hazırkı prezidentlik kampaniyası Marin Le Penə 2017-ci ildən daha çox səs qazandırıb, amma o, hələ də ifrat sağçı namizəddir.

"Onun prezident olmaq şansı minimaldır, xüsusən də Melenşonun tərəfdarlarından onun üçün bir səs də verməməyi tələb etməsində sonra..." - ekspert hesab edir.

Qeyd edək ki, Fransada 10 apreldə keçirilən prezident seçkilərində Makron 27,8%, Le Pen isə 23,15% səslə ikinci tura keçiblər. Məğlub olan namizədlərin əksəriyyəti (4-cü yeri tutan Zemmur istisna olmaqla) 24 apreldə keçiriləcək ikinci turda seçicilərini Makronu dəstəkləməyə və yaxud Le Penin əleyhinə səs verməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru