"İran Rusiyaya raket kompleksi bağışlayıb"

12-04-2022, 10:54           
"İran Rusiyaya raket kompleksi bağışlayıb"
Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün İraqdan sursat və hərbi texnika alır.

Teref.az “Report”a istinadla xəbər verir ki, bunu “The Guardian” nəşri yazıb.

Məlumata görə, Moskvanın mart ayında Ukraynadakı uğursuz kampaniyasından sonra Braziliya istehsalı olan RPG və tank əleyhinə raketlər, həmçinin Braziliya istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemləri İraqdan Rusiyaya göndərilib.

Mənbə bildirib ki, həmçinin Tehran hakimiyyəti Moskvaya İran istehsalı olan və Rusiyanın S-300-ə bənzər "Bavar 373" raket kompleksi də bağışlayıb.

Məlumatda qeyd olunub ki, həmin yüklər İranın Ənzəli limanından Həştərxana göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru