“Hal hazırda “dağlıq qarabağ respublikası” ifadəsinin işlədilməsi məqsədəuyğun deyil” - Alen Simonyan

12-04-2022, 12:25           
“Hal hazırda “dağlıq qarabağ respublikası” ifadəsinin işlədilməsi məqsədəuyğun deyil” - Alen Simonyan
Ermənistan parlamentinin spikeri Alen Simonayn bu gün mediaya verdiyi açıqlamasında maraqlı fikirlər səsləndirib. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, “Azatutyun TV”-yə danışan erməni spiker Qarabağ danışıqları, erməni rəsmilərinin Xankəndiyə niyə səfər etməməsi barədə qyedlər edib.

O bildirib ki, indiki mərhələdə danışıqlar gedir və bir qədər səbirli olmaq lazımdır. “Danışıqların indiki mərhələsində mən “dağlıq qarabağ respublikası” ifadəsini məqsədəuyğun hesab etmirəm”.

Onun sözlərinə görə, Ermənistan rəsmilərinin müharibədən sonra Xankəndinə getməmələrinə səbəb Azərbaycan tərəfinin sərt reaksiyasıdır. “Biz maksimum dərəcədə Azərbaycan tərəfinin, xüsusən Azərbaycan Prezidentinin sərt cavabından yayınmağa çalışırıq. Məsələn, Əliyev mənim Xankəndinə getməyimlə nə işi var? Sizcə, heç nə edə bilməz? Mən Azərbaycan tərəfinin sərt davranacağından da çəkinmirəm. Lakin bəzən elə suallar verirlər ki, sanki başa düşmürlər. Vəziyyət gərgindir. Əgər mən Xxankəndinə getsəm, Azərbaycan tərəfi bundan istifadə edəcək və müəyyən addımlar atacaq. Bu nəyə lazımdır, axı? Bu zəif dövrümüzdə onları nəyəsə təhrik etmək, belə bir imkandan istifadə etmək heç bir xeyir vermir. Hesab edirəm ki, erməni məmurlar niyə Xankəndinə getmir tələbi yanlışdır. Hazırda danışıqlar gedir. Biz bir daha silahların danışmasına, güllələrin atılmasına imkan verməməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru