Ermənistan parlamentində qalmaqal: Deputat hirslə qondarma “dqr” bayrağını yerə atdı

12-04-2022, 16:17           
Ermənistan parlamentində qalmaqal:
Artıq bəzi proseslər göstərir ki, Ermənistanda qondarma “Artsax respublikası “ilə bağlı fikir ayrılıqları yaranıb.

Yerevanın mərkəzində asılmış qondarma “dqr”ə məxsus bayrağın rənglənməsi, onu Ermənistan bayrağı formasına gətirilməsi dediklərimizə sübutdur və prosesin davamı da gəlməkdədir.

Adalet.az Panorama.am-a istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasının plenar iclasında qalmaqal yaşanıb. Qalmaqalı müxalifət “Ermənistan” partiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan başladıb. O tribunaya yaxınlaşaraq ora Artsaxın bayrağını yapışdırıb və əlavə edib ki, Ermənistanı qoruduğunuz kimi, Artsaxı da müdafiə etmək lazımdır”.

Partiya rəhbəri qeyd edib ki, indiki hakimiyyət Artsaxdan uzaqlaşır:” İndi Ermənistanın ərazi bütövlüyünə təhlükə yaranıb deyə, Artsaxa qarşı fəaliyyətsiz durmaq olmaz . Məlumdur ki, saxtakar sülh müqaviləsi Türkiyə- Azərbaycan ssenarisi çərçivəsində aparılır. Bu danışıqlar prosesi xalqımızı yeni güzəştlərə, məğlubiyyətlərə və təhqirlərə hazırlayır”.
foto

Keçmiş nazir vurğulayıb ki, hazırda Dağlıq Qarabağdakı soydaşlarla birbaşa əlaqə vacibdir: ” Biz bu həftə parlamentin iclaslarında iştirak etməyəcəyik, Artsaxa və Ermənistanın sərhəd kəndlərinə gedəcəyik”. –deyə Ohanyan bildirib.
Növbəti dəfə tribunaya hakim “Mülki Müqavilə” fraksiyasından deputat Vaaqn Aleksanyan yaxınlaşıb.

Aleksanyan Seyran Ohanyanın qoyduğu Artsax bayrağını tribunadan qopararaq hirslə yerə atıb:“Mən vətəndaşlarımızı müxalifətin hazırda məşğul olduğu primitiv, boş populizmə uymamağa çağırıram. Bura gəlirlər, populist çıxışlar edirlər, guya Artsaxı, Ermənistanı müdafiə edirlər, narahatdırlar. Əslində 30 ildir bu sözləri təkrarlamaqla onlar ancaq ciblərini doldurdular və ailələrini zənginləşdirdilər”, - deyə hökümətə yaxın olan deputat bildirib.

Deputatın sözlərinə görə, parlament çoxluğu indiki şəraitdə özünü qeyri-adekvat aparır. Bu təhlükəli haldır.

Qeyd edək ki, Ohonyanın fikirlərini onun ardınca tribunaya qalxan deputat Hayk Mamicanyan təkrarlayıb. O da, məxsus olduğu “Şərəfim var” fraksiyasının adından elan edib ki, hökumət Artsaxı qorumur. Hər iki müxalifət fraksiyası iclas zalını tərk edib.

P.S. Qondarma Artsaxın əski parçası yerini tapacağı , zibilliklərə atılacağı gün uzaqda deyil. Buna inanırıq! Yaşasın Azərbaycan Ordusu!


Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.