Onunla görüşmürəm – Zelenski Almaniya prezidentinə rədd cavabı verib

12-04-2022, 23:44           
Onunla görüşmürəm –
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina edib.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Mətbuat yazır ki, V. Zelenski bu addımını Ştaynmayerin Rusiya ilə sıx əlaqədə olması ilə əsaslandırıb.

Öz növbəsində Ştaynmayer təsdiqləyib ki, o, Polşa, Litva, Latviya və Estoniyadan olan həmkarları ilə birlikdə Kiyevə getməyə hazır olub, lakin onun orada olması arzuolunmaz hesab edilib.

“Polşa prezidenti Anjey Duda bir neçə gün əvvəl təklif etdi ki, biz Estoniya, Latviya və Litva prezidentləri ilə birlikdə Ukraynaya yollanaq ilə ümumi Avropa həmrəyliyi barədə mesaj verək. Mən buna hazır idim, amma … qeyd etməliyəm ki, Kiyevdə bu səfərin olmasını istəmədilər” – deyə Ştaynmayer vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru